Tarix: 21 Iyul 2019 22:44
“Türkiyə toplanışında birinci oyunumuzu keçirdik. Çalışdıq ki, hər kəsə şans verək".
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Türkiyə toplanışı çərçivəsində Rumıniyanın "Petrolul" klubu ilə keçirilən yoxlama oyunundan (2:2) sonra deyib.
Klubun rəsmi saytına danışan gənc mütəxəssis komandasından razı qaldığınə bildirib: "Futboçuların meydandakı mübarizəsi və hərəkətliliyi bizi qane etdi. Buna baxmayaraq, səhvlərimiz də var idi. Get-gedə artıraraq, gələn oyunlarda səhvləri aradan qaldırmağa çalışacağıq”.