Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2021 19:10
"Real"ın sabiq futbolçusu Enrike Peres Dias dünyasını dəyişib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə Madrid klubunun saytı məlumat yayıb. Keçmiş müdafiəçi 83 yaşında vəfat edib.
Qeyd edək ki, "Paçin" ləqəbi ilə tanınan oyunçu 1959 - 1968-ci illlərdə "Real"in formasını geyinib. O, "Kral klubu"nda 218 matçda iştirak edib. Dias bu komandanın heyətində 7 dəfə İspaniya çempionatının, iki dəfə isə Çempionlar Kubokunun qalibi olub.