Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2021 22:00
Türkiyədə koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Çindən alınan "Sinovac" vaksinini ilə kütləvi peyvəndləmə qrafikə uyğun davam edir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, hazırda peyvənd olunanların ümumi sayı 2.7 milyon nəfərə çatıb. Prosesin qrafikə uyğun və fasiləsiz davam etməsi deməyə əsas verir ki, bu göstərici yaxın günlərdə 3 milyona çatacaq. Rəsmi məlumata görə, fevralın 11-dən başlayaraq peyvənd olunanlara ikinci doza tətbiq ediləcək. Təlimata uyğun olaraq, ikinci doza 28 gündən sonra vurulur. Ölkədə ikinci doza üçün yetərli vaksin ehtiyatı mövcuddur.
Qeyd edək ki, Türkiyədə COVID-19 ilə mübarizə tədbirləri çərçivəsində iki mərhələdə "Evdə qal!" rejimi tətbiq olunur. Həftənin ilk beş günü saat 21:00-dan başlanan rejim ertəsi gün 05:00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur.