Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

CAR-da koronavirusa görə fövqəladə vəziyyət daha bir ay uzadıldı

CAR-da koronavirusa görə fövqəladə vəziyyət daha bir ay uzadıldı

Tarix: 11 Fevral 2021 11:16

Bakı. Orxan Nəbiyev - Trend:

Cənubi Afrika Respublikası (CAR) hökuməti koronavirus pandmeiyası ilə əlaqədar fövqəladə vəziyyət rejimini martın 15-dək uzadıb.

Trend-in məlumatına görə, komendant saatının tətbiqi, kütləvi toplaşmanın qadağan olunması və spirtli içkilərin xüsusi satışını nəzərdə tutan vəziyyət rejim fevralın 15-də başa çatmalı idi.

Ölkədə ilk dəfə fövqəladə vəziyyət ötən il martın 15-dən tətbiq edilmiş və daha sonra uzadılmışdı.

Qeyd edək ki, CAR-da bugünədək koronavirusa yoluxanların sayı 1,5 milyon nəfərə yaxınlaşıb, 46 290 nəfər həyatını itirib.


Etiketlər:  koronavirusa görə fövqəladə vəziyyət daha uzadıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ