Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2021 15:20
"Bavariya"nın müdafiəçisi Jerom Boatenq klublararası dünya çempionatının finalında fevralın 11-i keçiriləcək "Tiqres"lə (Meksika) final matçını buraxacaq.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, avstriyalı futbolçu şəxsi səbəblərdən vaxtından əvvəl klubun düşərgəsini tərk edərək Münhenə gedib. "Sport Bild" yazıb ki, 32 yaşlı futbolçu gedişinin səbəbi onun keçmiş sevgilisi Kasia Lenhardt ölümüdür. 25 yaşlı model Berlində yaşadığı mənzildə ölü tapılıb.
Qeyd edək ki, ölümün səbəbi hələ müəyyənləşdirilməyib, lakin polisin qətl şübhəsi yoxdur. İntihar versiyası nəzərdən keçirilir.
Xatırladaq ki, bir həftədə əvvəl Boatenq və Lehnhardt ayrılmışdı.