Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnstagramda like sayını necə gizlətmək olar?

İnstagramda like sayını necə gizlətmək olar?

Tarix: 11 Fevral 2021 19:48

Facebook tərəfindən satın alındıqdan sonra istifadəçi sayını uğurlu şəkildə artıran instagram son zamanlarda kütləsini qorumaq və yeni kütlə qazanmaq üçün yeni özəlliklər təqdim edir. İnstagramda like sayını gizlətmək istifadəçilərin xüsusilə maraqlandığı bir mövzudur.  

İnstagram bu istiqamətdə artıq öz yeniliyini edib. İstifadəçilər paylaşımlarda olan like sayını gizlədə bilirlər. Bununla yanaşı like sayının seçilmiş izləyicilərə göstərmək özəlliyindən də istifadə etmək mümkündür.  

Qeyd edək ki, bu proses bir hesabı gizlətməklə demək olar ki, eynidir. Bunun üçün ayarlar bölməsinə daxil olub "gizli hesab" parametrlərini düzəltməlisiniz.

Hesabınızı gizli etdiyiniz zaman avtomatik olaraq paylaşımlarınızdakı like sayı gizlədiləcək. Qeyd etmək lazımdır ki, bu prosesdən sonra yalnız təsdiqlənmiş izləyicilər yazılarınızı bəyəndiyini və şərhlərini görə bilirlər.


Etiketlər:  İnstagramda like sayını necə gizlətmək olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ