Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“iPhone 12 mini” vaxtından əvvəl istehsaldan çıxarılacaq

“iPhone 12 mini” vaxtından əvvəl istehsaldan çıxarılacaq

Tarix: 11 Fevral 2021 23:12

Yığcam "iPhone 12" smartfonu vaxtından əvvəl istehsaldan çıxarıla bilər. Bu haqda "JP Morgan Chase" şirkətinin analitiklərinə istinadən "BusinessInsider" nəşri məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Apple" şirkəti "iPhone 12" smartfonunun istehsalını 9 milyon, "iPhone 12 mini"nin isə 11 milyon azaltmağa hazırlaşır. Analitiklər hesab edirlər ki, sonuncu smartfon tələbatın az olmasına görə artıq 2021-ci ilin ortalarında, yəni yeni "iPhone 13" smartfonunun təqdimatından bir neçə ay öncə satışdan çıxarıla bilər. Ancaq "Apple"ın tarixində hələ ki belə hadisə olmayıb, hətta uğur qazanmayan "iPhone 5c" smartfonu pərakəndə satışda təyin edilmiş müddətə kimi saxlanılıb.

"iPhone 12 mini" smartfonu - bu, dünyada ən kiçikölçülü, incə və yüngül "5G" smartfondur. 5,4 düymlük displey məhsuldar "Apple A14" platforması ilə işləyir.

Milli.Az


Etiketlər:  iPhone mini vaxtından əvvəl istehsaldan çıxarılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ