Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2021 23:44
Bakı. Trend:
Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 94 nəfər dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi bildirib.
Nazirlik bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 27 187 nəfərə çatıb.
Ölkədə 7 590 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 564 427 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 7 811 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 453 096 nəfər təşkil edir.