Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir rəisi 10 minlik yeyintiyə görə işdən çıxarıb

Nazir rəisi 10 minlik yeyintiyə görə işdən çıxarıb

Tarix: 12 Fevral 2021 15:02

Bu gün mədəniyyət naziri Anar Kərimovun Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayevi vəzifəsindən azad etməsinin səbəbi məlum olub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, idarə rəisi keçirdiyi şübhəli tenderlə bağlı işdən çıxarılıb. Belə ki, bir gün əvvəl sosial şəbəkələrdə Xaçmaz  Regional Mədəniyyət İdarəsinin kompüter proqramları və antivirus proqramlarının alınmasına dair elan etdiyi şübhəli tenderin nəticələri müzakirələrə səbəb olub. "Dövlət satınalmalarının vahid elektron portalı"ına daxil edilmiş məlumata əsasən, Məmmədli Malik Mikayıl oğlu adlı şəxs bu tenderin qalibi elan edilib. O, yerli mədəniyyət idarəsinə 10 min 426 manat məbləğində kompüter proqramı satıb.

Bu məbləğin yüksək olması birmənalı qarşılanmayıb. Buna səbəb isə tələb olunan antivirus proqramının illik ödənişinin qat-qat ucuz olmasıdır. Bundan əlavə, məlumdur ki, bu cür müəssisələrdə adətən az güc sərf edən ofis proqramları lazım olur.

Sözügedən tenderin nəticəsi açıqlandıqdan sonra sosial şəbəkələrdə nazirin idarə rəhbəri barədə müvafiq qərar verəcəyi barədə müzakirələr gedirdi.

Həmçinin ehtimal olunur ki, tender Anar Kərimovun bir müddət öncə baş tutan təyinatından əvvəl elan olunub və qalib seçilib.


Etiketlər:  Nazir rəisi minlik yeyintiyə görə işdən çıxarıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ