Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2019 15:09
Bakı. Trend:
2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşları Türkiyədə 531 daşınmaz əmlak obyekti əldə ediblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 117 dəfə çoxdur.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Dövlət Kadastrı və alqı-satqı Agentliyi məlumat verib.
Məlumatlara görə, bu ilin yanvarında Azərbaycan vətəndaşları Türkiyədə 95, fevralda 105, martda və apreldə 87, mayda isə 90 daşınmaz əmlak alıb.
Qeyd edək ki, 2019-cu ilin iyun ayında Türkiyədə 61 355 daşınmaz əmlak satılıb, bu da 2018-ci ilin iyun ayına nisbətən 48,6 faiz azdır. Türkiyədə satılan daşınmaz əmlakların 2689-u xaricilərə satılıb ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətən 30,5 faiz çoxdur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin