Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2021 16:36
Bakı. Trend:
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən “Multikulturalizmə giriş” fənninin tədrisi layihəsi çərçivəsində növbəti treninqlər başa çatıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, bu fənni tədris edən müəllimlər üçün təşkil olunan treninqlər 8 – 12 fevral 2021-ci il tarixlərində keçirilib. Treninqlərdə Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Avrasiya Universiteti, Xəzər Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin İnşaat Kolleci, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin 30-dan çox müəllimi iştirak edib. Treninqlər çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun, eləcə də BBMM-in əməkdaşları, alim və mütəxəssislər tərəfindən “Multikulturalizmə liberalism və kommunitarizm yanaşmaları", "Dinin mahiyyəti və onun təzahür formaları. Müasir dövrdə din", "Qədim Türk İnancları”, "Etnik müxtəliflik və milli ideya", "Multikulturalizm etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin səmərəli siyasət modeli kimi", “Multikulturalizmin cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafına təsiri” və digər mövzularda mühazirələr təqdim olunub. Treninqi uğurla başa vuran müəllimlərə sertifikatlar təqdim ediləcək.