Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2021 18:20
Xalq artisti Tünzalə Ağayeva "Fəlidən doğri xəbər proqramının qonağı olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, müğənni "Müğənnilər özlərini kateqoriyaya bölürlər. Biri deyir, A kateqoriyalı müğənniyəm konserti açacam, o biri qayıdır, B kateqoriyayam mən bağlayacam. Buna necə baxrısınız" sualına "Çox pis, çıx işini gör, kateqoriyanı nə edirsən. Nə fərqi var. Sən səhnəyə çıx tamaşaçını fəth et" cavabını verib.
Tünzalə xaricə konsertə gedəndə prodüserinə şərt qoymasından danışıb. O, "Yalçın (prodüser Yalcın Cabbarov - red.) deyir ki, Tünzalə xaricdə olanda şərt kəsir ki, birinci oxumasam, səni işdən çıxaracam" sözlərinə "Düz deyir. İstəyirəm birinci oxuyum, çıxım şəhərdə gəzim" reaksiyasını verib.