Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dəniz quldurlarının girov götürdüyü 15 türk dənizçi xilas edildi

Dəniz quldurlarının girov götürdüyü 15 türk dənizçi xilas edildi

Tarix: 12 Fevral 2021 19:00

Bakı. Alpər Ziya - Trend:

Nigeriya sahillərində dəniz quldurlarının girov götürdüyü 15 türk dənizçi xilas edilib.

Trend xəbər verir ki, bu barədə Boden Dənizciliyin baş direktoru Levent Karsan məlumat verib.

Onun sözlərinə görə, dənizçilərin vəziyyəti yaxşıdır və hazırda Nigeriyadadırlar. 1-2 gün ərzində Türkiyəyə gətiriləcəklər.

Xatırladaq ki, ötən ayın sonları Qvineya körfəzində "Mozart" gəmisi dəniz quldurları tərəfindən qaçırılıb. 15 nəfərin olduğu gəmidə hücum zamanı 1 azərbaycanlı dənizçi öldürülüb.


Etiketlər:  Dəniz quldurlarının girov götürdüyü 15 türk dənizçi xilas edildi


RƏYLƏR