Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Böyük Britaniyada koronavirusa yoluxanların sayı 4 milyonu ötüb

Böyük Britaniyada koronavirusa yoluxanların sayı 4 milyonu ötüb

Tarix: 12 Fevral 2021 22:50

Böyük Britaniyada koronavirusa yoluxanların sayı 4 milyonu ötüb, 115 min 529 nəfər isə vəfat edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həmçinin ölkədə 13 milyondan çox insana peyvəndin ilk dozası vurulub.

Lakin Bristol, Liverpul və Mançester şəhərlərində koronavirusun yeni ştamları müəyyən olunub. Bristol ştammı kimi tanınan yeni koronavirus mutasiyası əvvəllər bu virusdan sağalan və ya peyvənd olunmuş insanlara da yoluxa bilər.

İstifadə olunan peyvəndlərin yeni variantlara qarşı daha az təsirli olduğu müəyyənləşdikdən sonra mütəxəssislər "Oksford-AstraZeneka" peyvəndini yeniləmək üçün fəaliyyətə başlayıblar.

Milli.Az


Etiketlər:  Böyük Britaniyada koronavirusa yoluxanların sayı 4 milyonu ötüb


RƏYLƏR