Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2021 08:42
Bakı. İlhamə İsabalayeva - Trend:
"Mən özüm COVİD-19-a qarşı peyvənd vurdurmuşam. Bir tibb işçisi olaraq, hər kəsə məsləhət görürük ki, vaksin vurdursun".
Bunu Trend-ə "Yeni klinika"nın həkim-anestezioloq-reanimatoloqu Ramidə Bayramova deyib.
Onun sözlərinə görə, yanvarın 22-də vaksinin ilk dozasını vurdurub. Bugün isə vaksinin ikinci dozasını vurdurmuşuq:
"Vaksini vurdurduqdan sonra heç bir əlamət hiss etmədim, Özümü çox yaxşı hiss edirəm, heç bir narahatlığım yoxdur".
R.Bayramova insanları vaksindən ehtiyat etməməyə də çağırıb:
"Hələ yeni doğulmuş körpələrə vaksinlər vurulur. Bu vaksinlər də uşaqlara vurulan vaksin kimidir. Ondan ehtiyat etmək lazım deyil".