Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Braziliyada daha 1288 nəfər koronavirusdan ölüb

Braziliyada daha 1288 nəfər koronavirusdan ölüb

Tarix: 13 Fevral 2021 09:54

Braziliyada son sutka ərzində daha 51 546 nəfərin koronavirus infeksiyasına yoluxması, 1288 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 9 765 455 nəfər yoluxub. Bu müddət ərzində 237 489 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 8 678 327 xəstə müalicə olunaraq sağalıb.


Etiketlər:  Braziliyada daha 1288 nəfər koronavirusdan ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ