Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çavuşoğlu “Mozart” gəmisinin heyət üzvlərini qarşıladı - VİDEO - FOTO

Çavuşoğlu “Mozart” gəmisinin heyət üzvlərini qarşıladı - VİDEO - FOTO

Tarix: 14 Fevral 2021 12:00

Nigeriyada dəniz quldurlarının əlindən xilas edilən "Mozart" gəmisinin 15 nəfərlik türkiyəli heyəti "Türk Hava Yolları" aviaşirkətinə məxsus təyyarə ilə İstanbula gətirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, gəmiçiləri İstanbul hava limanında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və onların ailə üzvləri qarşılayıblar.

Xatırladaq ki, Qvineya körfəzində "Mozart" konteyner gəmisinə hücum zamanı gəmiyə daxil olan quldurlar 2-ci mühəndis, azərbaycanlı Fərman İsmayılovu qətlə yetirib, 15 nəfər Türkiyə vətəndaşını isə qaçırmışdı.

Milli.Az


Etiketlər:  Çavuşoğlu Mozart gəmisinin heyət üzvlərini qarşıladı VİDEO FOTO


RƏYLƏR