Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messi Xavinin rekordunu təkrarladı

Messi Xavinin rekordunu təkrarladı

Tarix: 14 Fevral 2021 13:12

La Liqanın 23-cü turunda hazırda davam edən "Alaves"lə matç "Barselona"nın kapitanı Lionel Messi üçün əlamətdar olub.

Qol.az "Gracenote Live"yə istinadən xəbər verir ki, 33  yaşlı hücumçu Kataloniya klubunun heyətində 505-ci oyununa çıxıb. Argentinalı oyunçu bu göstərici ilə komandanın sabiq futbolçusu Xavinin rekordunu təkrarlayıb.

"Barselona"nn heyətində La Liqada ən çox oyun keçirən futbolçular:

1-2. Lionel Messi - 505 (bugünkü oyun daxil olmaqla);

1-2. Xavi - 505;

3.  Andres İniesta - 442;

4.  Serxio Busquets - 399 (bugünkü matç daxil olmaqla);

5. Karles Puyol - 392.


Etiketlər:  Messi Xavinin rekordunu təkrarladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ