Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2021 16:44
Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın şimalında yerləşən Qara bölgəsində PKK terrorçularına qarşı başlatdığı "Pençe Kartal-2" əməliyyatı başa çatıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Türkiyə Silahlı Qüvvələrinin (TSK) baş qərargah rəisi, general-mayor Yaşar Güler bildirib ki, əməliyyatda ümiumilkdə 50 terrorçu zərərsizləşdirilib.
10 fevral 2021-ci ildən "Pençe Kartal-2" Hərəkatına başlandığını bildirən Y.Güler bildirib ki, qısa müddətli hərəkatda Türkiyə ordusunun pilotsuz təyyarələrindən istifadə olunub.
TSK rəisi İraqda PKK/YPG terrorçuların əsas mərkəzi olan Qəndil bölgəsinə yaxın məsafədə yerləşən Qarada 75 kilometr en, 25 kilometr uzunluğa malik olan bir sahədə yerləşən əhəmiyyətli bir mağaranın ələ keçirildiyini deyib:
"Mağaraya 3 giriş, 9 otaq və 7 dəmir qapı var. Bəllidir ki, uzun müddətli fəaliyyətlərdən sonra bu mağara yaradılıb. Mağarada 8 terrorçu ələ keçirildi".
Qeyd edək ki, sözügedən mağarada Türkiyə ordusu terrorçular tərəfindən öldürülən 13 Türkiyə vətəndaşının cəsədini aşkarlayıb. Hərbi əməliyyatlar zamanı TSK-nın 3 hərbçisi şəhid olub, 3-ü isə yaralanıb.