Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2021 17:08
Dünən Yaponiyada 7,1 bal gücündə baş verən zəlzələ dağıntılara səbəb olub. Bəzi ərazilərdə elektrik enerjisi kəsilib. Yüzdən artıq insan xəsarət alıb.
Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, şiddətli zəlzələdən sonra nüvə elektrik stansiyasında sızma qorxusu yaşanıb. Tokio Elektron Enerji Şirkətinin (TEPCO) məlumatına görə, işlənmiş nüvə yanacağının saxlanılması üçün istifadə olunan hovuz suyu zəlzələ səbəbindən daşaraq hovuz yaxınlığındakı xəndəyə sızıb və ətrafı çirkləndirib.
Nüvə Tənzimləmə Təşkilatı hovuz suyunun miqdarının az olduğunu və nüvə yanacağının soyumasına heç bir təsiri olmadığını bildirib.
TEPCO-dan verilən açıqlamada bunlar öz əksini tapıb:
"Əməkdaşımız Fukuşima Daini Nüvə Elektrik Stansiyası 1-də istifadə edilmiş nüvə yanacağının saxlanılması üçün təxminən 160 ml-lik hovuz suyunun yaxınlıqdakı çuxura sızdığını aşkarlayıb. Saat 01:40-dan etibarən böyük bir anomaliya aşkar edilmədi və nüvə elektrik stansiyasının ətrafındakı radiasiya səviyyələrini ölçən müşahidə postlarının dəyərlərində dəyişiklik olmadı".