Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2019 18:24
"Çelsi"nin müdafiəçisi Etan Ampadu növbəti mövsümü bundesliqada keçirəcək.
Qol.az xəbər verir ki, 18 yaşlı futbolçu "Leyptsiq"ə icarəyə verilib. Məlumatı alman klubunun rəsmi saytı yayıb. Uelsli mərkəz müdafiəçisinin yeni komandasında 26 nömrəli forma ilə çıxış edəcəyi bildirilib.
Qeyd edək ki, 2017-ci ilin yayından "Çelsi"də oynayan Ampadu London təmsilçisinin heyətində 5 matçda forma geyinib.