Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2021 21:56
Futbol üzrə Braziliya millisinin sabiq hücumçusu Aleşandre Pato karyerasını ABŞ-da davam etdirəcək.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, 31 yaşlı futbolçu "Orlando Siti" ilə anlaşıb.
Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Son olaraq "San Paulo"da forma geyinən Pato avqust ayından azad agent statusu daşıyırdı. O, MLS klubu ilə 1 illik müqaviləyə imza atıb. Pato yeni komandasında "7" nömrəli formanı geyinəcək.
Braziliyalı futbolçu karyerası ərzində "Milan" (İtaliya), "Korintians" (Braziliya), "Çelsi" (İngiltərə), "Vilyarreal" (İspaniya), "Tyantzin Tyantsyan" (Çin) kimi klublarda çıxış edib.
Pato Braziliya yığmasında 27 oyun keçirib, 10 qol vurub.