Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2019 19:16
Bakı. Trend:
Azərbaycanın sərbəst güləşçisi Sabir Cəfərov "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.
Trend-in məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə Rusiya təmsilçisi Fyodor Baltuev ilə qarşılaşmada məğlub olaraq gümüş medalla kifayətlənib.
48 kq-dakı Mircava Nəbiyev isə İsveçrəli Tomas Fişeri məğlub edərək bürünc medal qazanıb.
Qeyd edək ki, ilk yarış günüdə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə gümüş medal qazanıb. Yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl, Nihat Məmmədli (55 kq) bürünc medal əldə edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin