Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Silahlı qadın ABŞ Prezidentinin iqamətgahına girmək istədi

Silahlı qadın ABŞ Prezidentinin iqamətgahına girmək istədi

Tarix: 15 Fevral 2021 09:28

ABŞ paytaxtında, Ağ Evin yaxınlığında avtomobilində tapança olan qadını saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən "Fox News" telekanalı məlumat yayıb.

Məlumata görə, 66 yaşlı qadın nəzarət-buraxılış məntəqəsindən keçməklə ABŞ Prezidentinin hasarlanmış iqamətgahının ərazisinə daxil olmağa cəhd edib. Qadın polislərə bildirib ki, Amerika lideri Co Baydenə yazılı məktub çatdırmaq istəyir.

Onun Ağ Ev yaxınlığında park etdiyi avtomobilində axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tapança aşkar ediblər. Şəxsiyyəti açıqlanmayan qadını pnevmatik silahla silahlanmış bir kişi müşayiət edib. Qadın qeydiyyatsız silah gəzdirdiyinə görə saxlanılıb və ABŞ Məxfi Xidmətinə təhvil verilib.

Milli.Az


Etiketlər:  Silahlı qadın ABŞ Prezidentinin iqamətgahına girmək istədi


RƏYLƏR