Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PSJ-dən ''Mançester Yunayted''ə 70 milyonluq təklif

PSJ-dən ''Mançester Yunayted''ə 70 milyonluq təklif

Tarix: 26 Aprel 2019 13:12

"Mançester Yunayted"in qapıçısı David de Xea PSJ-yə keçə bilər.

Qol.az "The Sun"a istinadən xəbər verir ki, Paris klubu ispaniyalı qolkiperi yayda heyətinə cəlb etmək istəyir. Paytaxt təmsilçisinin De Xea üçün "mankunyanlar"a 70 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Klubu ilə yeni müqavilə ilə bağlı rəzılığa gələ bilməyən 28 yaşlı qolkiper hələlik PSJ-nin təklifini cavablandırmayıb.

Qeyd edək ki, 2011-ci ildən "MY"də çıxış edən De Xeanın müqaviləsi 2020-ci ilin yayına qədərdir.
 

 

 


Etiketlər:  dən Mançester Yunaytedə milyonluq təklif


RƏYLƏR