Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2021 13:36
Bakı. Orxan Nəbiyev - Trend:
Yanvar ayında Türkiyədən Azərbaycana polad ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 26,7 faiz artaraq 8,751 milyon dollar təşkil edib.
Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Hesabat dövründə Türkiyənin dünya bazarına polad ixracı 2020-ci ilin yanvar ayı ilə müqayisədə 7 faiz azalıb və 1,056 milyard dollara bərabər olub.
2021-ci ilin yanvar ayında polad ixracı Türkiyənin ümumi ixracının 7,8 faizini təşkil edib.
Qeyd edək ki, son 12 ay ərzində (yanvar 2020 - yanvar 2021) Türkiyənin polad ixracı 12,562 milyard dollara bərabər olub.