Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəfər Günü münasibətilə Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir - FOTO

Zəfər Günü münasibətilə Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir - FOTO

Tarix: 8 Noyabr 2025 18:56

Göyçay şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş "KOB FEST" sərgi-satış yarmarkası keçirilir.

Bu barədə Sonxeber.net-a KOBİA-dan məlumat verilib.

Bildirilib ki, Göyçay şəhər Stadionunda keçirilən yarmarkada Göyçay və ətraf bölgələrdən olan 100-ə yaxın sahibkarın qida və qeyri-qida məhsulları nümayiş olunur. Yarmarkada ziyarətçilərə təbii daşlardan hazırlanmış aksesuarlar, taxtadan və dəridən əl işləri, oyma və toxuma sənəti nümunələri, keramik suvenirlər, orqanik şam və sabunlar, şirniyyat məhsulları, meyvə şirələri, ədviyyatlar, kitablar və s. məhsullar təqdim olunur və satışı həyata keçirilir.

"KOB FEST"in məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına tanıdılması, satış imkanlarının artırılması, eləcə də bölgə sahibkarları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir.

Yarmarka çərçivəsində həmçinin mədəni-əyləncəli proqram və master-klaslar da təşkil olunub.

"KOB FEST" sərgi-satış yarmarkası noyabrın 9-da da davam edəcəkdir.


Etiketlər:  Zəfər Günü münasibətilə Göyçayda FEST sərgi satış yarmarkası keçirilir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ