Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2025 09:40
Dünyanın ən populyar mesajlaşma tətbiqlərindən biri olan Vatsap yeni funksiyasını təqdim edib.
Sonxeber.net xəbər verir ki, artıq istifadəçilər bir-birini ləqəb (nik) vasitəsilə tapa biləcəklər. Beləcə, şəxsi telefon nömrəsini paylaşmadan zəng etmək və yazışmaq mümkün olacaq.
Bu yeniliyin əsas məqsədi - məxfilik səviyyəsini artırmaq və əlaqə qurma prosesini sadələşdirməkdir.
Məlumata görə, funksiyanın iş prinsipi "Telegram" platformasındakı analoji xüsusiyyətə bənzəyir və yaxın zamanda bütün istifadəçilər üçün aktivləşdiriləcək.