Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''WhatsApp''da bu da mümkün olacaq

''WhatsApp''da bu da mümkün olacaq

Tarix: 7 Noyabr 2025 23:24

"WhatsApp" istifadəçilərin telefon nömrəsini açıqlamadan əlaqə saxlamağa imkan verən ləqəblə axtarış və əlaqə yaratmaq funksiyasını təqdim etməyi planlaşdırır.

Sonxeber.net xəbər verir ki, bu barədə biznes tərəfdaşları üçün elana istinadən "WABetaInfo" məlumat yayıb.

Yeni funksiya 2026-cı ilə planlaşdırılıb və həm biznes, həm də messencerin daimi istifadəçiləri üçün əlçatan olacaq. Oxşar funksionallıq teleqramda çoxdan tətbiq edilib.

Tərtibatçılar qeyd edirlər ki, bu, söhbətlərin məxfiliyini yaxşılaşdıracaq.


Etiketlər:  WhatsAppda mümkün olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ