Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2025 17:55
"Eurovision 2026" mahnı müsabiqəsində ilk təsdiqlənmiş iştirakçı məlum olub.
Sonxeber.net xəbər verir ki, Kipr dövlət televiziyası CyBC ölkəni təmsil edəcək ifaçını açıqlayıb - bu, Antigoni olacaq.
.jpg)
Londonda yaşayan kiprli müğənni Antigoni Vyanada keçiriləcək "Eurovision 2026" səhnəsində çıxış edəcək. O, Kiprin yayımçısı tərəfindən daxili seçim (internal selection) yolu ilə seçilib. Antigoninin müsabiqədə səsləndirəcəyi mahnı isə sonradan təqdim olunacaq.
Hazırda o, "Habibi" adlı mahnısı ilə tanınır (bu, "Eurovision" mahnısı deyil).