Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

300 min ''Qalatasaray''lı Messidən bunu xahiş etdi

300 min ''Qalatasaray''lı Messidən bunu xahiş etdi

Tarix: 7 Noyabr 2025 10:02

"Qalatasaray" azarkeşləri Lionel Messinin Türkiyə klubuna keçəcəyi barədə yayılan xəbərlərə böyük maraq göstəriblər.

Sonxeber.net-ın Türkiyə mediasına istinadən məlumatına görə, fanatlar argentinalı ulduz və onun həyat yoldaşı Antonella Rokkuzzonun sosial şəbəkə hesablarını şərhlərlə doldurublar.

Məlumata əsasən, 24 saat ərzində 300 mindən çox azarkeş Messiyə "Qalatasaray"ı seçməsi üçün müraciət edib.

Xatırladaq ki, daha əvvəl mətbuatda Lionel Messinin MLS çempionatında fasilə zamanı "İnter Mayami"dən "Qalatasaray"a icarəyə keçə biləcəyi iddia olunub. Futbolçunun bu addımı 2026-cı il dünya çempionatına qədər oyun təcrübəsini artırmaq məqsədi daşıya bilər.

Hüseyn


Etiketlər:  Qalatasaraylı Messidən bunu xahiş etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ