Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÇL-də həftənin ən yaxşısı odur

ÇL-də həftənin ən yaxşısı odur

Tarix: 7 Noyabr 2025 09:16

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turundan sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

Sonxeber.net-ın məlumatına görə, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Azarkeşlərin səsverməsinə əsasən, "Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden həftənin ən yaxşı oyunçusu seçilib. İngiltərəli futbolçu bu ada "Qalatasaray"ın hücumçusu Viktor Osimhen, "Arsenal"ın futbolçusu Mikel Merino və "Brügge"nin oyunçusu Karlos Forbsu qabaqlayaraq layiq görülüb.

Qeyd edək ki, Fil Foden Dortmund "Borussiya"sına qarşı keçirilən matçda (4:1) iki qol vuraraq komandasının qələbəsində əsas pay sahibindən biri olub.

Hüseyn


Etiketlər:  həftənin yaxşısı odur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ