Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2025 13:20
Xəbər verdiyimiz kimi, Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib.
Sonxeber.net xəbər verir ki, müğənninin oğlu Anand axşam.az-a açıqlamasında onun xəstəxanada olduğunu deyib.
O bildirib ki, anası həkim nəzarətindədir:
"Müalicəsi gedir. Evə buraxılmayıb, həkim nəzarətindədir. Yaxşıdır".
O, anasının səhhətindəki problemi açıqlamaq istəməyib və "Sirr qalsın" deyə, əlavə edib.
Qeyd edək ki, E.Rəhimova bir müddət əvvəl xəstəxanaya yerləşdirilib. Onun təzyiq, şəkər və digər problemləri olduğu bildirilib.