Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Liverpul'' 100 milyona müdafiəçi alacaq

''Liverpul'' 100 milyona müdafiəçi alacaq

Tarix: 7 Noyabr 2025 14:34

"İnter"in müdafiəçisi Alessandro Bastoni karyerasını İngiltərədə davam etdirə bilər.

Sonxeber.net xarici KİV-ə istinadən xəbər verir ki, "Liverpul" italiyalı futbolçunun transferi ilə maraqlanır.

Məlumata görə, "qırmızılar" 26 yaşlı mərkəz müdafiəçisi üçün 100 milyon avro dəyərində təklif göndərməyi planlaşdırır. Əgər bu transfer baş tutarsa, Bastoni futbol tarixinin ən bahalı müdafiəçisi olacaq. Hazırda bu rekord "Leypziq"dən "Mançester Siti"yə 90 milyon avroya keçən Yoşko Qvardiola məxsusdur.

Qeyd edək ki, İtaliya millisinin üzvü Bastoni cari mövsümdə "İnter"in heyətində 16 rəsmi oyunda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun Milan klubu ilə müqaviləsi 2028-ci il iyunun 30-na qədər qüvvədədir.

Hüseyn


Etiketlər:  Liverpul milyona müdafiəçi alacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ