Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı iş adamı futboldan ömürlük uzaqlaşdırıldı - FOTO

Azərbaycanlı iş adamı futboldan ömürlük uzaqlaşdırıldı - FOTO

Tarix: 7 Noyabr 2025 19:38

Azərbaycanlı iş adamı Tufan Sadıqov ömürlük futboldan uzaqlaşdırılıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə qərarı Rusiya Futbol İttifaqının (RFİ) Nəzarət və İntizam Komitəsi (NİK) verib.

Bildirilib ki, Sadıqovun cəzası altı aydan çox FIFA qarşısında maliyyə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədardır. Bundan əlavə o, "Ximki" klubunun peşəkar statusunun itirilməsinə səbəb olan "vicdansız və ağılsız hərəkətlərə görə" günahlandırılıb.

Qeyd edək ki, Sadıqov "Ximki" klubunun investoru olub. Sentyabrın 9-da Moskva vilayəti Arbitraj Məhkəməsi klubu müflis elan edib. Klubun borcu 448 milyon rubl (təxminən 9 milyon 363 min manat) təşkil edib.

Xatırladaq ki, "Ximki" maliyyə problemləri səbəbindən peşəkar statusunu itirib və 2024/2025 mövsümündən sonra Rusiya Premyer Liqasından çıxarılıb.


Etiketlər:  Azərbaycanlı adamı futboldan ömürlük uzaqlaşdırıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ