Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Dərs alaraq geri dönəcəm” - Kadi

“Dərs alaraq geri dönəcəm” - Kadi

Tarix: 7 Noyabr 2025 20:59

"Qarabağ"ın futbolçusu Kadi Borges zədəsi ilə bağlı instaqram hesabında paylaşım edib. 

Sonxeber.net xəbər verir ki, o, bunları yazıb:

"Çətin anlar hər bir idmançının həyatının bir hissəsidir. Amma bu bizim başımıza gələndə inanmaq çətindir. Mən bu andan daha güclü və çoxlu dərs alaraq geri dönəcəm. Sevgi və qayğı mesajlarınız üçün çox təşəkkür edirəm. Hamınızı çox sevirəm. Sizi ürəyimdə daşıyıram".

Qeyd edək ki, Kadi Borges UEFA Çempionlar Liqasının əsas mərhələsində "Çelsi" ilə (2:2) keçirilən matçda zədələnmişdi. Müayinələrdən sonra onun 8-10 həftə meydanlarda olmayacağı müəyyənləşmişdi. 


Etiketlər:  Dərs alaraq geri dönəcəm Kadi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ