Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray'' canlı əfsanə üçün danışıqlara başlayacaq - FOTO

''Qalatasaray'' canlı əfsanə üçün danışıqlara başlayacaq - FOTO

Tarix: 7 Noyabr 2025 21:02

"Qalatasaray" canlı əfsanəni transfer etməkçün rəsmi danışıqlara başlayacaq.

Sonxeber.net xəbər verir ki,rəhbərlik Lionel Messini icarəyə götürmək istəyir.

Onların planı ABŞ liqasının (MLS) mövsümünün fasiləsi zamanı argentinalı futbolçunu icarə əsasında heyətə qatmaqdır.

Xəbərlərə görə, İstanbul təmsilçisinin rəhbərliyi Messinin bütün maaşını ödəməyə hazırdır və klub skautları artıq bir neçə aydır onun vəziyyətini yaxından izləyir.

Əgər bu transfer baş tutarsa, bu, Türkiyə futbol tarixinin ən sensasiyalı keçidi ola bilər.

Bu günlərdə isə klub prezidenti Dursun Özbekin 10 il əvvəlki sözü xatırlandı. O, həmin vaxt: "geridə Neymar və Messi qaldı" - deyə bildirmişdi. (Offsideplus.az)


Etiketlər:  Qalatasaray canlı əfsanə üçün danışıqlara başlayacaq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ