Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aygün Kazımova Faiq Ağayevi niyə bloka atıb?

Aygün Kazımova Faiq Ağayevi niyə bloka atıb?

Tarix: 8 Noyabr 2025 08:45

Xalq artisti Faiq Ağayev Xalq artisti Aygün Kazımova ilə bağlı maraqlı açıqlama verib.

Sonxeber.net xəbər verir ki, bu barədə o, "Xəzər axşamı" verilişində danışıb.

Ağayev deyib ki, bir müddət öncə Kazımova onu bloka atıb: "Aygünlə 38 ildir dostuq, silahdaşıq. Bir dəfə şıltaqlıq edib, məni bloklayıbmış, mənim də xəbərim yox idi.

Biz də Gəncədə konsertdəydik, otaqlarımızın eyvanları üzbəüz idi. Gördüm ki, şirin-şirin məni çağırır, dedim, nə olub? Axı məni bloka atmısan. Dedi ki, "kim? Mən? Yox, gir bax". Sonradan məni çatdı ki, Aygün bilib ki, qarşılaşacağıq, danışmazdan əvvəl blokdan çıxarıb. Aygünə böyük salamlar, onu çox sevirəm". (bizim.media)


Etiketlər:  Aygün Kazımova Faiq Ağayevi niyə bloka atıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ