Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vinisius ''Real''dan ayrılır - Bu kluba keçəcək

Vinisius ''Real''dan ayrılır - Bu kluba keçəcək

Tarix: 8 Noyabr 2025 16:40

"Real Madrid"də müqavilə yeniləmə səyləri davam edən Vinisius Junior haqqında transfer iddiası irəli sürülüb.

Sonxeber.net xəbər verir ki, "El Chiringuito"nun verdiyi xəbərə görə, yeni müqavilədə daha yüksək maaş almaq istəyən Samba ulduzunun klubun təklif etdiyi şərtləri qəbul etməməsi danışıqların pozulmasına səbəb olub.

25 yaşlı oyunçu vəziyyəti düzəlməsə, klubdan ayrılmağı düşünə bilər. Bununla belə, Real Madrid müqavilənin tezliklə əldə edilmədiyi təqdirdə, satış haqqında ciddi düşünmək məcburiyyətində qala bilər, çünki gələcəkdə pulsuz transferdə oyunçusunu itirmək riskini bilirlər.

İspan nəhənglərinin Vinisius Junior üçün ən az 150 milyon avro tələb etdiyi vurğulansa da, mümkün gediş halında ən çox ehtimal olunan transferin İngiltərə olduğu irəli sürülüb.

Vinisius isə artıq karyerasını davam etdirmək üçün digər variantları nəzərdən keçirməyə başlayıb. Əgər Madrid klubundan ayrılmağa qərar versə, onun üçün əsas istiqamət İngiltərə Premyer Liqası olacaq: futbolçu yüksək səviyyədə çıxış etməyə davam etmək istəyir və Səudiyyə Ərəbistanı Peşəkar Liqasına keçmək fikrində deyil. Daha əvvəl "Mançester Yunayted"in Vinisius Juniorla maraqlandığı bildirilib.

Qeyd edək ki, klublararası dünya çempionatı da daxil olmaqla 2025/26 mövsümündə Real Madrid forması ilə bütün yarışlarda 21 matça çıxan Vinisius Junior 6 qol vurub və 5 məhsuldar ötürmə edib.


Etiketlər:  Vinisius Realdan ayrılır kluba keçəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ