Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2025 14:40
Türkiyə millisinin sabiq futbolçusu Mevlüt Erdinç UEFA Çempionlar Liqasının Liqa mərhələsində uğurla çıxış edən "Qarabağ" komandası haqqında fikirlərini bölüşüb.
Sonxeber.net xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlama verən veteran hücumçu Ağdam təmsilçisinin Avropada layiqli mübarizə apardığını deyib.
O, Azərbaycan çempionunun güclü komanda olduğunu söyləyib: "Qarabağ"ı yaxından izləyirəm. Bu kollektiv xüsusi olaraq diqqətimdədir. Qurban Qurbanovun komandasının Çempionlar Liqasında etdikləri inanılmazdır. Fransada yaşayan türklər olaraq "Qarabağ"la qürur duyuruq".
Fransada doğulan Mevlüt Erdinç Türkiyə millisinin heyətində 35 oyunda 8 qolla yadda qalıb. O, karyerası ərzində PSJ və "Fənərbağça" kimi tanınmış komandaların heyətində çıxış edib.
Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsində 4 turdan sonra 7 xal toplayan "Qarabağ" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.