Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib (FOTO/VİDEO)

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib (FOTO/VİDEO)

Tarix: 15 Fevral 2021 17:54

Bakı. Trend:

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı qələbəyə həsr olunan “Zəfər” adlı tədbir keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Hərbi Liseyin şəxsi heyəti, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin yaradıcı heyəti və ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qələbəsindən, Vətən müharibəsi nəticəsində işğal olunmuş torpaqlarımızın, eləcə də qürur simvolumuz olan Şuşanın azad edilməsinin tarixi əhəmiyyətindən danışıblar.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin yaradıcı heyəti vətənpərvərlik mövzusunda bədii proqramla çıxış edib.

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib (FOTO/VİDEO) - Gallery Image Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib (FOTO/VİDEO) - Gallery Image Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib (FOTO/VİDEO) - Gallery Image Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib (FOTO/VİDEO) - Gallery Image


Etiketlər:  Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib FOTOVİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ