Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2021 20:00
Əməkdar artist Vasif Məhərrənli uzun müddətdir gündəmdən uzaqlaşmasının səbəbini açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "ATV maqazin onlarla" proqramında danışıb. O bildirib ki, koronovirus onun yaxınlarından da yan ötüşməyib:
"Pandemiyada çox yaxın qohumlarımdan dünyasını dəyişənlər oldu. Dayım oğlu, bibimoğlu vəfat etdi. Cavan, 47 yaşında dünyasını dəyişdi, virusdan getdi. Onun ölümü məni çox sarsıtdı. Ona görə də indi kənara çəkilmişəm".