Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən bahalı idman klubları - ''Real'' 3-cü...

Dünyanın ən bahalı idman klubları - ''Real'' 3-cü...

Tarix: 22 Iyul 2019 22:52

"Forbes" jurnali dünyanın ən bahalı idman klublarının son  reytinq cədvəlini açıqlayıb.

Qol.az-ın məlumatına görə, siyahının ilk pilləsində 5 milyard avro ilə "Dallas Kouboys  (Amerika futbolu) klubu qərarlaşıb. "Nyu-York Yankis" (beysbol)  4.6 milyard avro ilk 2-ci olub.

İlk 10-luqda 3 futbol klubu yer alıb. "Real" (4.24 milyard avro) 3-cü, "Barselona" (4.02 milyard avro) 4-cü, "Mançester Yunayted" (3.81 milyard avro) 6-cı pillədə yer alıb.

"Forbes"in versiyasına görə, dünyanın ən bahalı 10 idman klubu aşağıda adları qeyd olunanlardır:

1. "Dallas Kouboys" (Amerika futbolu) — 5 milyard avro
2. "Nyu-York Yankis" (beysbol) — 4.6 milyard avro
3. "Real" Madrid (futbol) — 4.24 milyard avro
4. "Barselona" (futbol) — 4.02 milyard avro
5. "Nyu-York Niks" (basketbol) — 4 milyard avro
6. "Mançester Yunayted" (futbol) — 3.81 milyard avro
7. "Nyu-İnqlend Petriots" (Amerika futbolu) — 3.8 milyard avro
8. "Los-Anceles Leykers" (basketbol) — 3.7 milyard avro
9. "Qolden Steyt Uorriors" (basketbol) — 3.5 milyard avro
10. "Nyu-York Cayants" (Amerika futbolu) — 3.3 milyard avro

 


Etiketlər:  Dünyanın bahalı idman klubları Real


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ