Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səyyar vergi yoxlamasının vaxtı necə müəyyən olunur?

Səyyar vergi yoxlamasının vaxtı necə müəyyən olunur?

Tarix: 15 Fevral 2021 23:58

Səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Vergiödəyicilərində səyyar vergi yoxlaması növbəti və növbədənkənar olmaqla keçirilə bilər.

Sonxeber.net xəbər verir ki, mövzunu şərh edən iqtisadçı Anar Bayramov növbəti səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın başlanmasından azı 15 gün əvvəl vergiödəyicisinə vergi orqanı tərəfindən yazılı bildirişin göndərildiyini bildirib.

Onun sözlərinə görə, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergiödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergiödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir: "Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir və 30 gündən çox davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər".

İqtisadçı qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, vergi orqanı hər hansı vergiödəyicisində yanvarın 1-dən dekabrın 31-dək olan dövrü əhatə edən təqvim ili ərzində ən çoxu bir dəfə növbəti səyyar vergi yoxlaması keçirə bilər.


Etiketlər:  Səyyar vergi yoxlamasının vaxtı necə müəyyən olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ