Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da hava şəraiti 5 aeroportun bağlanmasına səbəb oldu

ABŞ-da hava şəraiti 5 aeroportun bağlanmasına səbəb oldu

Tarix: 16 Fevral 2021 07:52

Bakı. Trend:

ABŞ-da havaların kəskin soyuması və pisləşməsi səbəbindən beş aeroport fəaliyyətini dayandırıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Federal Aviasiya İdarəsindən bildiriblər.

Bildirilir ki, hazırda Texas və Mississippidə iki beynəlxalq aeroport, eyni zamanda Texas və Luizianada yerləşən üç regional aeroport bağlıdır.

"CNN" telekanalının məlumatına əsasən, bü gün aeroportların bağlanması və hava şəraiti ilə əlaqədar ABŞ-da 3700-dən artıq aviareys ləğv edilib.


Etiketlər:  ABŞ hava şəraiti aeroportun bağlanmasına səbəb oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ