Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Jaguar Land Rover” yalnız elektromobillər istehsal edəcək

“Jaguar Land Rover” yalnız elektromobillər istehsal edəcək

Tarix: 16 Fevral 2021 08:38

Tanınmış avtomobil istehsalçılarından biri olan "Jaguar Land Rover" 2030-cu ilədək ənənəvi yanacaq mühərrikli avtomobillərdən imtina edəcəyini açıqlayıb.

"Habertürk"ün məlumatına görə, bu tarixdən etibarən şirkət yalnız elektromobillərin istehsalı ilə məşğul olacaq.  

Məlumata əsasən, "Jaguar Land Rover" yeni inkişaf strategiyasını təqdim edib. "Reimagine" adlanan sənəddə növbəti bir neçə il ərzində şirkətin altı elektromobil modeli hazırlayacağı bildirilib. İlk elektrik "Land Rover"in 2024-cü ildə, "Jaguar"ın isə 2025-ci ildə satışa çıxarılacağı planlaşdırılıb.


Etiketlər:  Jaguar Land Rover yalnız elektromobillər istehsal edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ