Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Cənub Qaz Dəhlizi" oyun qaydalarını dəyişir - Xorvatiya İqtisadiyyat Nazirliyi

Tarix: 16 Fevral 2021 14:32

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

"Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında oyunun qaydalarını dəyişir.

Bu barədə Trend-ə Xorvatiyanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, tədarükün şaxələndirilməsi və təhlükəsizliyi Avropa İttifaqının enerji sahəsində müzakirə olunan iki vacib mövzudur:

"Cənub Qaz Dəhlizi" həm Xorvatiya, həm də Cənub-Şərqi Avropaya tədarükün şaxələndirilməsi və təhlükəsizliyini təmin edəcək. Bu, Aİ-yə tədarükün təhlükəsizliyinin təmin olunmasında oyunun qaydalarını dəyişir. Bu layihə birmənalı şəkildə bütün Avropa üçün təhlükəsiz şəkildə qaza çıxışı təmin edəcək".


Etiketlər:  Cənub Qaz Dəhlizi oyun qaydalarını dəyişir Xorvatiya İqtisadiyyat Nazirliyi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ