Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəbələdə 3 nəfəri güllələyən şəxsin işi məhkəməyə göndərildi

Qəbələdə 3 nəfəri güllələyən şəxsin işi məhkəməyə göndərildi

Tarix: 16 Fevral 2021 15:16

Bakı. Samir Əli - Trend:

Qəbələdə qətl hadisəsi törətməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Qəbələ rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, 01 iyul 2020-ci il tarixdə saat 07 radələrində Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində Rəhimov Azər Vəli oğlunun qəsdən öldürülməsi və sonuncunun oğlu Çingiz Rəhimovun və bacısı oğlu Dünyad Süleymanovun qəsdən öldürülmələrinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Qəbələ rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə və meyitə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

İstintaqla qeyd edilən tarixdə Rəhimov Ramil Vəli oğlunun “Su Tayı” adlanan istirahət mərkəzinin ərazisinə gələrək orada olan qardaşı Azər Rəhimovla qeyd edilən mülk üstündə mübahisə edərək ov tüfəngindən sonuncunun kürək nahiyəsinə atəş açaraq qəsdən öldürməsinə, daha sonra eyni istiqamətdə qaçan bacısı oğlu Dünyad Süleymanovun arxası ilə gedərək ona doğru da atəş açmasına, Dünyad Süleymanov və Çingiz Rəhimovun vaxtında açılan atəşlərdən yayınmaqla hadisə yerindən uzaqlaşdıqlarına görə və ərazinin meşəlik olduğundan atəşlərin dəqiq şəxsə tuşlanmasına maneə törətməsindən Ramil Rəhimovun bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək Dünyad Süleymanov və Çingiz Rəhimovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Rəhimov Ramil Vəli oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.2.4, (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.


Etiketlər:  Qəbələdə nəfəri güllələyən şəxsin işi məhkəməyə göndərildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ