Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fevral ayının pensiya ödənişləri başa çatdırıldı

Fevral ayının pensiya ödənişləri başa çatdırıldı

Tarix: 16 Fevral 2021 15:36

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublikanın bütün şəhər və rayonları üzrə fevral ayının pensiya ödənişləri başa çatdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi də həyata keçirilib.
Vətəndaşlar pensiyalarını onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Yanvar ayının pensiyalarına indeksasiya nəticəsində edilmiş artımlar fevral ayının pensiyalarına əlavə edilib.

Milli.Az


Etiketlər:  Fevral ayının pensiya ödənişləri başa çatdırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ