Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2021 16:32
Xudavəndi-aləm kömək olsun, camaatın uşaq pulunu versinlər. Ən böyük iş uşaq pulu məsələsidir. Bunu həll etsələr, Azərbaycan xalqı rahatlayar.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki,bu sözləri millət vəkili Aqil Abbas "AStar" "Youtube" kanalına müsahibəsində deyib.
Deputat uşaq pulunun miqdarı ilə bağlı suallara da aydınlıq gətirib:
"Uşaq pulu elə bir miqdarda verilməlidir ki, heç olmasa uşağın yeməyinə çatsın. Bu, pul şəklində kartla verilməlidir. Hamının arzusudur ki, uşaq pulu verilsin. Yəqin, dövlət bu məsələni həll edəcək".